- Client: Hünər Group
- Designer: Cavid Rəhimov
- Location: Bakı, Ağ şəhər
- Featured Product: Şpon üzləmələr,Resepşn və qapı həlləri
Yaşayış mərkəzi hesab edilən HÜNƏR GROUP Yaşayış Kompleksində məkana özəl təqdim etdiyimiz interyer həllində təbii şpon, yüksək keyfiyyətli parlaq boyadan istifadə etməklə kübar görüntü yaradılmışdır.Ağ şəhərdə təhvil verdiyimiz layihəmizdə yaşayış mərkəzinin məkana özəl resepşn mebeli hissəsində mümkün qədər eksklyuziv etməyə və həmçinin binanın ümumi dizayna uyğun gəlməsinə çalışmışıq.Yaşayış kompleksinə verdiyimiz 360 dərəcə interyer həllərində ilk növbədə önəm verdiyimiz amil istifadə olunan hər bir detayın yüksək keyfiyyətli olmasıdır.